
Farid Najafov
5+ illik İT sahəsində təcrübəyə malik bir Front-end developer və IT mütəxəssisi olaraq həm yerli, həm də beynəlxalq bazarda çalışıram. Azərbaycan Dövlət Aviasiya Akademiyasında “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə bakalavr təhsilimi, Odlar Yurdu Universitetində isə “İdarəetmədə informasiya sistemləri mühəndisliyi” üzrə magistr təhsilimi tamamlamışam.
Karyeram boyunca 2.5 il Gocreative şirkətində Front-end developer kimi fəaliyyət göstərmişəm. Paralel olaraq Odlar Yurdu və Bakı Biznes Universitetlərində müəllim kimi dərs demişəm. Hazırda Abşeron Rayon Mərkəzi Xəstəxanasında İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıram.
React, Next.js, TypeScript, JavaScript, HTML/CSS, SCSS və digər müasir texnologiyalar üzərində işləyirəm. Gördüyüm işlərdə performans, təhlükəsizlik və istifadəçi təcrübəsini hər zaman ön planda tuturam. Təkcə kodlaşdırma deyil, həm də komanda idarəçiliyi, sistemlərin avtomatlaşdırılması və texniki qərarvermə sahələrində də aktiv fəaliyyət göstərirəm.
Məqsədim – estetik və funksional layihələr yaratmaqla yanaşı, innovativ düşüncə ilə qlobal səviyyədə tanınan bir mütəxəssisə çevrilməkdir.